Roza Zərgərli bu dəfə "Can Azərbaycan"ı təqdim edəcək - fotolar

Roza Zərgərli bu dəfə "Can Azərbaycan"ı təqdim edəcək -  fotolar
1415 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərli yaxın günlərdə yeni “Can Azərbaycan” adlı fotolayihəsini təqdim edəcək.

Bunu Axşam.az-a açıqlamasında ifaçı özü deyib:

“Can Azərbaycan” ölkəmizin turizm potensialını artırmaq, vətənimizin əsrarəngiz güşələrini dünyaya tanıtmaq məqsədi daşıyır. Biz hətta göyün yeddinci qatından Azərbaycanımız üzərində çəkilişlər aparacağıq. Artıq Bakının, Mingəçevirin, Gəncəmizin gəzməli, görməli yerlərində çəkilişlər olub. Layihədəki fotoşəkillərdən ibarət fotosərgi etməyi də planlaşdırırıq”.

R.Zərgərli layihənin hazırlıqlarının fevraldan başladığını bildirib.