"Evrovision" təmsilçimiz Səmra Rəhimli Stokholmda gəzintiyə çıxıb.
Axşam.az-ın məlumatına görə, müğənni fotolarını paylaşaraq bunları qeyd edib:
"Anam ve bacımla gəzintidən fotolarım. Biz sevimli nağılım "Karlson"u yazan Lindqren Astrid yasayan evin damında olduq. Daha sonra bizim Karlsonun olduğu bütün yerləri gəzmək imkanımız oldu. Həzz alın"
Qeyd edək ki, Səmra Rəhimli "Evrovision"ın finalında dördüncü olaraq səhnəyə çıxacaq.