YAY Qalereyasında rəssam Aida Mahmudovanın “Umwelt” adlı fərdi sərgisi açılıb.
Axşam.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
Tədbirdə A.Mahmudovanın anası, professor Nərgiz Paşayeva da yer alıb.
Rəsmi şəxslərin, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri sərgidə rəssam Aida Mahmudovanın kətan üzərində qarışıq üslubda işlədiyi “Flower beds”, “Landscape”, “Indigo”, “Rockbed”, “Overgrown”, “The Coral” əsərləri, habelə “The Shard” heykəltəraşlıq nümunəsi yer alıb.
A.Mahmudovanın avqustun 13-dək davam edəcək “Umwelt” sərgisinə giriş sərbəstdir.