Müğənni Dilarə Kazımova “Dream” adlı yeni mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, bəstə ifaçının yeni hazırlanan “Running” albomunda yer alıb.
Altı mahnının yerləşdirildiyi albomdakı bəstələrin müəllifi D.Kazımova özü və Rojden Anusidir.
Sənətçinin “Dream” mahnısına kiyevli rejissor Maja Dennhag klip çəkib. Albom və klipin təqdimatı mayın 25-də baş tutacaq.
Qeyd edək ki, ötən gün qafqazinfo.az saytı D.Kazımovanın türkiyəli həyat yoldaşı Mərt Aslandan ayrılma xəbərini yaymışdı.