ANS-in “Ağıl dəryası” verilişinin aparıcısı Murad Əzimzadə yeni fotosessiya etdirib.
Axşam.az-ın məlumatına görə, aparıcı şəkil çəkdirməyin hobbisi olduğunu söyləyib:
“Bu, yaz-yay mövsümü üçün nəzərdə tutulmuş fotosessiyadır. İlk növbədə fotolardakı məkan diqqətimi çəkdi: hündür bir yer, ayağının altında dəniz və dünya boyda təklik. Təxminən 3 saata yaxın baş tutan çəkilişdə ayaqyalın oldum. Ətrafımda kərtənkələ və ilanları görmək həyəcanlı idi. İndi bu şəkilləri görən bəziləri deyəcəklər ki, sən modelsən? Model deyiləm. Sadəcə, şəkil çəkdirməklə stress atıb, rahatlaşıram.
Filmdə çəkilmək üçün təkliflər alıram. Lakin diqqətimi çəkən ssenari olmadığına görə hələ düşünürəm”.
Qeyd edək ki, fotoların müəllifi Rafiq Rüstəmlidir.