Müğənni Günay İbrahimliyə ev hədiyyə ediblər.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “10-dan sonra” verilişinə danışıb:
“Sənət adamları tamaşaçı üçün nümunədir. Bizə efirdən baxan nəsə götürür, ona görə də geyimlərə diqqət etməliyik. Zövqsüz müğənni deyiləm. Əynimdəki bu şalvar hədiyyədir, bahalıdır. Koftamı da hədiyyə veriblər.
Hədiyyənin böyüklüyünə-kiçikliyinə baxıram. Ola bilər balaca olsun, amma qiyməti bahadır. Mənə ev də hədiyyə etdilər”.
Qeyd edək ki, G.İbrahimli son günlər İnstaqram səhifəsində evindən fotolar paylaşır.