Bakı Uşaq Teatrı hər ayın bir gününü milli geyim günü kimi qeyd etmək qərarına gəlib.
Axşam.az-ın məlumatına görə, “Canlı abidələr” adlı yeni layihə çərçivəsində kollektiv üzvləri ayda bir gün milli geyimlərimizdə paytaxtın müxtəlif yerlərini, tarixi və mədəni abidələri ziyarət etməyi qərarlaşdırıb.
Teatrın növbəti tədbiri Xaçmaz şəhərində keçirilib. Aktyorlar şəhərin mərkəzində olub, muzeyləri gəziblər.