Əməkdar artist Röya Ayxan pərəstişkarları ilə görüş keçirib.
Axşam.az-ın məlumatına görə, 23 saylı 11 illik musiqi məktəbində keçirilən görüşdə bəstəkar Vaqif Gərayzadə də iştirak edib.
Tədbirdə R.Ayxan müğənni Zamiq Hüseynovla klip çəkdirəcəyindən danışıb:
“Mayın 21-də Batumiyə yola düşürəm. Orada Zamiqlə klip çəkdirəcəyik. Bu, reklam xarakterli layihədir. Klipdə su brendlərindən birini reklam edəcəyik”.
Müğənni ötən il çıxış etdiyi futbol üzrə Azərbaycan kubokunun finalının açılışının bu dəfə xalq artisti Aygün Kazımovaya həvalə olunmasına da münasibət bildirib:
“Bu il mən UEFA U-17 Avropa çempionatında səfir seçildim. Mayın 21-də son görüşüm olacaq. Ordanda Batumiyə gedəcəm. Əslində ayın 25-də Bakıya qayıda biləcəyimi deyirlər. Amma birdən nəsə alınmadı, ya da yorğun oldum. Buna görə də təklifi qəbul etməyə qorxdum. Orada olacaq hamıya da uğurlar arzulayıram”.
R.Ayxan mayın 27-də klubda verəcəyi konsertinin hazırlıqlarının başa çatdığını söyləyib:
“Artıq hər şeyə hazırıq. Maraqlı geyimlər və qonaqlar olacaq. Səhnədə məndən başqa da müğənnilər çıxış edəcəklər. Gecədə yeni sima və təqdimat olacaq. Yaddan çıxan bir duetimi də ifa edəcəm”.