Rəşid Behbudov adına Mahnı Teatrında “Mənim qəhrəmanım” adlı layihənin təqdimatı baş tutub.
Axşam.az-ın məlumatına görə, ekran işinin rejissorluğunu Nail Naiboğlu edib. Sosial çarxın ssenarisi Elnurə Nağıyevaya məxsusdur, ideya müəllifi isə Mahirə Əsədovadır. Ekran işində məktəblilər Nurəli və Alagöz çəkiliblər.
Mərasim dövlət himni ilə açılıb. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində sənət aləminin tanınmış simaları da işrtirak edib. Gecədə xalq artistləri Flora Kərimova, Fidan Hacıyeva, əməkdar artist Lalə Məmmədova, müğənni Seyran Babayev mahnılar səsləndirib, rəqqasə Fatimə Fətəliyeva “Sarı gəlin” rəqsini nümayiş etdirib.