Leyla Əliyevaya fəxri professor diplomu təqdim olundu - fotolar

Leyla Əliyevaya fəxri professor diplomu təqdim olundu - fotolar
1468 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya mayın 19-da Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru diplomu təqdim edilib.

Axşam.az-ın Azərtac-a istinadən məlumatıan görə, Moskva Dövlət Humanitar İqtisad Universitetinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə tələbələrlə görüşüb. Sonra ali təhsil ocağının qonaqlarına universitetin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. L.Əliyeva bu yüksək etimada görə təşəkkürünü bildirərək deyib:

"Mən buraya gəldiyim andan səmimi, isti, həyat eşqi ilə dolu bir şəraitə düşdüm. Burada 9 il bundan əvvəl olmuşdum. Hazırladığınız filmə görə sağ olun. Bu, olduqca təsirli və dəyərli əsərdir. İnanıram ki, həyatda heç nə təsadüfi olmur. Bizim hamımızı Ulu Tanrı qoruyur, onun sayəsində möcüzələr baş verir. Əsas məsələ buna inanmaq, öz qəlbini açmaq, heç nədən qorxmamaqdır.

Bu ali məktəbin bütün müəllimlərinə ayrıca təşəkkür etmək istəyirəm, çünki siz bu işə can qoyursunuz, adi insanlarla müqayisədə siz həyata daha böyük dəyər verirsiniz. Hər şeydə gözəlliyi görmək bacarığınıza görə sağ olun. Bu gün biz videoda sizin qələbələrinizi gördük, onlar çox böyük qürur və heyranlıq hissinə layiqdir.

Heydər Əliyev Fondu öz fəal işini davam etdirir – bu, incəsənətə də, xeyriyyəçiliyə də, ekologiyaya da aiddir. Hazırda biz ekologiyaya xeyli vaxt həsr edirik, çünki həyatdan qiymətli, hətta bir yarpağın, bir böcəyin həyatından da qiymətli heç nə yoxdur. Nəsli kəsilmək təhlükəsi olan heyvanların müdafiəsi üzrə böyük layihələrimiz var. Bilirəm ki, Rusiyada da bu sahədə çox iş görülür. Sizə təbiət qoynunda daha çox vaxt keçirməyinizi, həyatı qiymətləndirməyinizi, möcüzəyə inanmağınızı arzulamaq və sözlərimi bununla tamamlamaq istəyirəm ki, biz Bakıda da belə bir filial açmağı çox arzu edirik".