Azərbaycanlı aparıcının özəl günü - fotolar

Azərbaycanlı aparıcının özəl günü -  fotolar
6559 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün “Xəzər” telekanalının aparıcısı Aytəkin Mərdanovanın qızı Nərgizin 2 yaşı tamam olur.

Təəssüratlarını Axşam.az-la bölüşən aparıcı övladlarından danışıb:

“Qızımla oğlumun arasında 6 yaş fərq var. Nərgizin 1 yaşını təmtəraqlı şəkildə qeyd etdik. Amma 2 yaşını yalnız ailə içində keçirəcəyik. Təmtəraqlı ad günləri etməyi sevmirəm. Heç özümə də böyük məclis keçirib, sənət adamlarını çağırmamışam. Əvvəl düşünürdüm ki, bir oğlum mənə bəsdir. Qızım isə Allahın sürprizi oldu. Qız övladı ana-ata üçün başqadır. Oğlum daha soyuqdur. Axşam işdən yorğun evə gələndə qızımın isti münasibəti, əzizləməyi, yanımdan çəkilməməsi hər şeyi unutdurur. Nərgiz ərköyündür, onu heç nəyə məcbur etmək olmaz.

Bütün günü işdə olduğum üçün uşaqlarım daha çox anamla vaxt keçirirlər. Oğlum üzgüçülüyə, hazırlığa, idmana, məktəbə gedir, başı qarışır, mənsizlikdən şikayət etmir. Amma Nərgiz mənim üçün çox darıxır. Hər tanınmışa gərgin işi ilə bərabər ailəsinə vaxt ayırmaq qismət olmur”.

A.Mərdanova həyat yoldaşından da bəhs edib:

“Mənim sağlam və gözəl ailəm var. Həyat yoldaşım hər zaman işimdə mənə dəstək olub. Heç vaxt mənə irad tutmayıb ki, niyə yemək hazırlamamısan? Onun tərəfindən qısqanclıq, maneə görməmişəm. Bəzən ona deyiblər ki, həyat yoldaşını gecə çəkilişlərə qoyma. O, həmişə deyib ki, mənim həyat yoldaşımdır, özüm bilərəm”.

Foto: Kamran Kərimov