Nazir kollecin yubiley mərasiminə qatıldı - fotolar

Nazir kollecin yubiley mərasiminə qatıldı -  fotolar
936 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevir Turizm Kollecinin 10 illik yubileyi təntənə ilə qeyd olunub.

Axşam.az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əvvəlcə Mingəçevir Turizm Kollecinin maddi-texniki bazası və tədris-təlim prosesi ilə tanış olub, müəllim və tələbələrlə görüş keçirib, ötən 10 il ərzində təhsil ocağının fəaliyyəti və qazandığı uğurlarla bağlı hazırlanan videoçarxa baxıblar.

Sonra Mingəçevir Dövlət Dram Teatrında möhtəşəm yubiley mərasimi keçirilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlərdən, qazanılan uğurlardan danışıb. Nazir turizm sahəsinin inkişafını prioritet hesab edən Prezident İlham Əliyevin tələb və tapşırıqlarına uyğun olaraq ölkəmizdə davamlı tədbirlər həyata keçirildiyini bildirib. Əbülfəs Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə regionlarda turizmin inkişafı infrastrukturunun genişləndirilməsi prosesi sürətlə gedir.

Yubiley mərasimi kollecin tələbələri və yerli incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert proqramı ilə başa çatıb.