Pərəstişkarları Natavanı kövrəltdi - fotolar

Pərəstişkarları Natavanı kövrəltdi -  fotolar
5219 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün müğənni Natavan Həbibi “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, doğum günü olan müğənninin sevincinə sənət dostları da şərik olublar.

Elnur Məmmədov, Nura Suri, Xəyyam Nisanov, Nazim Məmmədov və Samir Cavadzadə Natavanı təbrik edib, ürək sözlərini bildiriblər.

Verilişdə müğənninin keçdiyi həyat və sənət yolundan bəhs olunan video çarxlar təqdim olunub.
Müğənninin sənət müəllimi Vaqif Gərayzadə canlı yayıma bağlanaraq onu təbrik edib. 

Verlişdə pərəstişkarları sənətçiyə gözlənilməz sürpriz edib. İdeası və montajı Aysu Allahverdiyevaya məxsus olan və pərəstişkarları tərəfindən hazırlanan videoda müğənninin mahnılarının adlarına uyğun təbrik sözləri hazırlanıb.

Daha sonra müğənninin fanatları çəkiliş meydançasına gəlib, onu təbrik ediblər. N. Həbibi canlı yayımda kövrəlib, sevərlərinə təşəkkürünü bildirib.