Natavan Həbibinin ad günündə nələr baş verdi? - fotolar

Natavan Həbibinin ad günündə nələr baş verdi? -  fotolar
9705 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Natavan Həbibi özünə təmtəraqlı ad günü edib.

Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində baş tutan gecəyə ifaçının yaxınları, sənət aləminin tanınmış simaları qatılıb.

Tədbirdə müğənniyə edilən ən böyük sürpriz fəxri ad verilməsi olub. Belə ki, N.Həbibi Dağıstanın "əməkdar artist"i adına layiq görülüb.

Təəssüratlarını bölüşən müğənni bunları deyib:

“Qonaqlarımla o qədər də maraqlana bilmədim. Dostlarım o qədər çox gəlib ki... Media nümayəndələri də məni tək qoymadı. Həyat mənim üçün çox gözəldir, hər şey əladır.

Ad günündə həmişə demişəm mənə ətir və gül verməyin. Elə ətirlər verirlər ki, heç vaxt onları istifadə etmirəm. Xoşlayıram ki, hədiyyə özümə lazım olsun. Ən yaxşı hədiyyə puldur. Ona görə də mən bu gün dostlarımdan razıyam (gülür).

Çağrılmamış qonağım yoxdur. Dəvət etmədiyim biri bu məclisə daxil ola bilməz. Kimi dəvət etmişəm, gəlib".

N.Həbibi ilk təbriki əməkdar artist Abbas Bağırovdan aldığını söyləyib:

"Gecə 12-yə qalmış zəng vurub ki, məndən əvvəl səni təbrik edən olmasın. Düz 5-6 dəqiqə danışdı ki, 1-ə işləmişə qədər heç kimdən təbrik almayım".

Müğənni "əməkdar artist" adı almasına da münasibət bildirib:

“Bu heç ağlıma gəlməmişdi. İki gün əvvəl bunu bildim. Elə oldu ki, ad günümdə elan etdilər. Çox gözəl sürpriz oldu. Gözəl hisslər keçirmişəm. Hamının uğuruna sevinən sənətçiyəm. Əminəm ki, mənim də bu uğuruma sevinəcəklər. Mən Türkmənistan, Azərbaycan və Dağıstan üçün işlər görəcəm. Ona görə də məsuliyyət artıb”.

Foto: Ramin ASLANOV