"Qalatasaray"lı futbolçu Sabri Sarıoğlunun həyat yoldaşı Yağmurun libası başına iş açıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən bacısı ilə birgə subaylığa vida partisinə qatılan gənc qadın məkandan çıxarkən paparassilərin hədəfinə düşüb.
O, Sabrinin 2 milyon 700 min lirəyə (təxminən bir milyon 350 min manat) aldığı avtomobilə minərkən qısa qırmızı libası bədənini gizlətməsinə mane olmayıb.