Kimsəsiz uşaqları sevindirdilər - fotolar

Kimsəsiz uşaqları sevindirdilər -  fotolar
1887 dəfə oxunub
  • A-
  • A
  • A+
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xeyriyyə tədbiri keçirilib.

Axşam.az-ın məlumatına görə, valideyn himayəsindən məhrum olan uşaqların iştirak etdiyi tədbirin təşkilatçılığını Tural Babayev və Fikrət Qasımzadə edib.

F.Qasımzadə artıq 6 ildir davamlı olaraq bu cür tədbir keçirdiklərini bildirib:

“Bayram münasibətilə uşaqları sevindirmək istədik. Məqsədimiz kimsəsizlər evində yaşayan uşaqların digərlərindən fərqlənmədiyini göstərməkdir. Onlar gələcəkdə özlərini tapmaq, hansısa vəzifəyə nail olmaq üçün ruhlanmalıdırlar. Müğənnilər də sağ olsun ki, uşaqları əyləndirdilər, mahnılar oxudular. Tədbirimizdə 4 müxtəlif uşaq evinin körpələri iştirak edirdi”.

Aparıcılığını Afaq Gəncəlinin etdiyi tədbirdə əməkdar artist Ədalət Şükürov, müğənnilər Sevil və Sevinc Səfərova, Sevda Yahyayeva, Nadir Qafarzadə mahnılar səsləndirib.

Foto: Ramin ASLANOV