Autizmli uşaqlar Bakıda podiuma çıxdı - fotolar

Autizmli uşaqlar Bakıda podiuma çıxdı -  fotolar
2523 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda autizmli uşaqların moda nümayişi təşkil edilib.

Axşam.az xəbər verir ki, “Autizm – fərqli və bizdən biri” devizi ilə “Ümid var” qrupu və “Sağlam və birgə” ictimai birliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq keçirilən tədbirin davamlı olaraq təşkil edilməsi nəzərdə tutulub. Moda nümayişində podiuma autizmli uşaqlar çıxıb. Onlar modelyer Afa İsmayılovanın hazırladığı xüsusi kolleksiyanı nümayiş etdiriblər.

Tədbir zamanı autizmlə bağlı hazırlanmış maarifləndirici roliklər nümayiş olunub, sənətçilərin iştirakı ilə musiqili proqram baş tutub.

Foto: Ramin ASLANOV