Xalq artisti Aygün Kazımova “Orasına-burasına” adlı yeni mahnısını təqdim etməyə hazırlaşır.
Axşam.az-ın məlumatına görə, müğənni bununla bağlı yeni fotosessiya etdirib. Şəkillərin müəllifi fotoqraf Kamran Aydınovdur.
Qeyd edək ki, mahnının söz və musiqisi Ceyhun Əliyevə, aranjimanı Rəşad Hüseynova, mix-masteri isə Yaşar Baxışa aiddir.