Müğənni-bəstəkar Emin əkizləri Əli və Mikayılla Moskvadadır.
Axşam.az-ın məlumatına görə, atası Araz Ağalarova və özünə məxsus “Agalarov estate Golf” klubda istirahət edən ifaçı şəkillərini sosial şəbəkədə paylaşıb.
Emin eyni zamanda “Ryadom prosnutsya” adlı yeni mahnısına Bakıda çəkdirdiyi klipindən də yazıb. O, çəkiliş üçün ona imkan yaradan hər kəsə təşəkkürünü bildirib:
“Bakının Qədim şəhəri, yaxud da azərbaycanlıların dediyi kimi İçərişəhər mənə doğma olan məkandır. Mənim doğulub və böyüdüyüm şəhərin bir hissəsidir. Orada çəkiliş üçün bizə imkan yaradan hər kəsə minnətdaram".