Azərbaycanlı müğənninin 1000 manatlıq əyin-başı - fotolar

Azərbaycanlı müğənninin 1000 manatlıq əyin-başı -  fotolar
6007 dəfə oxunub
  • A-
  • A
  • A+

“6 kiloqram arıqlamışam, paltarlarım əynimə  böyüyüb. Xaricə gedib, alış-veriş edəcəm. Bahalı geyinmirəm, amma geyimlərimi zövqlə seçirəm”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib.

O, əynindəkilərinin qiymətini açıqlayıb:

“Ayaqqabım 100, köynəyim 70, şalvarım 60 manatdır. Kəmərim hədiyyədir, amma bahalıdır. Qolbağım qızıldır, saatım da brenddir. Əynimdə olan hər şeyin ümumi qiyməti min manatdır”.

“Maserati” markalı avtomobil idarə edən N.Qafarzadə bundan sonra bahalı maşın almayacağını deyib:

“Ağlım olmayıb, maşınlara pul tökmüşəm. Dəmirə də pul verərlər? Daha ağıllanmışam. Bu yaxınlarda öyrəndim ki, Leonardo DiKaprio 20 min dollarlıq maşın sürür. Məndən əskik oğlandır? Sadəcə ağıllıdır, pulunu belə şeyə xərcləmir”.

Foto: Ramin ASLANOV