Müğənnilər Elnur Məmmədov və Səidə Sultan Gürcüstanın Batumi şəhərində keçirilən konsertdə iştirak ediblər.
Axşam.az xəbər verir ki, konsert proqramı Batumidəki Baş Konsulluğumuzun təşkilatçılığı ilə 28 May Respublika gününə həsr olunub.
"Çox gözəl konsert baş tutdu. Azərbaycan musiqi mədəniyyətinin xaricdə təbliği xidmətlərinə görə mükafata layiq görüldük" - deyə E.Məmmədov bildirib.