Bu gün Milli Onkologiya Mərkəzində xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar üçün bayram tədbiri keçirilib.
Axşam.az-ın məlumatına görə, bloger Şəfiqə Fərzəlibəylinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində uşaqlar üçün müxtəlif əyləncələr təşkil olunub.
"Tədbirlə bağlı neçə müğənniyə zəng vurduq, amma gəlmədilər. Tək dəvətimizi qəbul edən Lətifə Soyuöz oldu. Həm uşaqlara hədiyyə gətirdi, həm də mahnılar oxudu. Bu mənim ilk və son tədbirim deyil. Bir çox xeyriyyəçilik işləri görmüşəm" deyə, Ş.Fərzəlibəyli bildirib.
L.Söyuöz "Bu cür tədbirlərdə iştirak etmək mənim üçün böyük zövqdür. Uşaqları sevindirdik. Körpələr üçün mən və yaxın dostum hədiyyələr gətirdik. Allah bütün uşaqları sevindirsin, can sağlığı versin" deyə, əlavə edib.
Foto: Ramin ASLANOV