Moskvada ölkəmizi bu xanım təmsil edib - fotolar

Moskvada ölkəmizi bu xanım təmsil edib - fotolar
2883 dəfə oxunub
  • A-
  • A
  • A+
26-31 may tarixlərində Moskva şəhərində “Ənənə və müasirlik” Beynəlxalq İncəsənət Sərgisinin 10-cu yubiley tədbiri təşkil olunub.

Axşam.az-ın məlumatına görə, gənc rəssam Əfsanə Həbib sərgidə iştirak edərək diploma layiq görülüb.

O, dünyaca məşhur "Vera" festivalına qatılmaqdan məmnunluğunu dilə gətirib:

“Festivalda dünyanın müxtəlif ölkələrindən rəssamlar iştirak edirdi. Açılışa Rusiyanın tanınmış simaları və siyasətçilər qatılmışdı. Rusiyadakı səfirimiz Polad Bülbüloğlu rəsmlərimiz haqda xoş sözlər söylədi. Festivalın təşkilat komitəsinə və münsiflər heyətinə Rusiyanın xalq rəssamı Zurab Tsereteli, Azərbaycanın xalq rəssamı Tahir Salahov kimi məşhur şəxsiyyətlər daxil idi. Həmçinin müəllimim, əməkdar rəssam Sakit Məmmədov da tədbirə qatılmışdı. Azərbaycan ilk illərdən bu festivalda uğurla təmsil olunur".

Qeyd edək ki, Ə.Həbib festivala batik üzərində “Azad balıqlar”, “İnsan” və “Kloun” əsərləri ilə qatılıb. Rəssamın kətan üzərində “Pretty woman”, “Qadın” adlı portretləri və natrimodu da diqqət çəkib .