Türkiyəli aktyorlar Dərya Karataş və Haki Biçicinin ötən gün toyu olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlüyü xoş günündə aktyor dostları da tək qoymayıb.
Rəqqasələrin maraqlı şousundan sonra müğənni Can Bonomo mikrafonu əlinə götürərək, sevilən mahnılarını oxuyub.
Karataş jurnalistlərə Biçici ilə necə tanış olub, evləndiklərindən danışıb:
“3 ildir birlikdəyik, “Yalan dünya”nın çəkiliş meydançasında tanış olmuşuq. Haki evlənmək təklifini Qaradənizdə qarşımda diz çökərək etdi. Mən də razılaşdım”.