“16 min ziyana düşdüm” - Təranə+fotolar

“16 min ziyana düşdüm” -  Təranə+fotolar
5909 dəfə oxunub
  • A-
  • A
  • A+
“24 min manata aldığım avtomobilə 40 min manat ödəmişəm. Dolların məzənnəsinin yüksəlməsi məni 16 min ziyana saldı”.

Bu sözləri Axşam.az-a açıqlamasında prodüser Təranə Səmədova deyib.

O, indiyədək banka kredit ödədiyini bildirib:

“Kreditim dollarla olduğu üçün ziyana düşdüm. Hələ də pulu axıra kimi ödəyib başa çatdırmamışam”.

Bir müddət əvvəl avtomobil qəzası keçirən Təranə ona dəyən ziyanı açıqlayıb:

"Digər maşının xərcini özüm ödədim. 2 min manata başa gəldi. Öz avtomobilimə isə on min xərc çəkmişəm. Hələ də hazır deyil”.

Foto: Ramin ASLANOV