Sevil və Sevinc Səfərova əkiz bacıları bəzi müğənni həmkarlarından gileyləniblər.
Axşam.az-a danışan bacılar xeyriyyə tədbirinə bir çox sənətçi dəvət etdiklərini deyiblər:
"Çoxu gəlmədi, müxtəlif bəhanələr gətirdilər. Əgər desəydik toy var, qaça-qaça gələrdilər. Allah hamının etdiyini qabağına çıxaracaq. Hər şeyin geci-tezi var".
Bacılar xeyli çəki atdıqlarını da bildiriblər:
"Bir neçə kiloqram arıqlamışıq. Yeni klip çəkdirəcəyik. Ekran işi üçün Sankt-Peterburqdan oğlan dəvət etmişik, çox arıqdır. Ona uyğun olmalıyıq. Söz vermişik 47 kiloqrama düşəcəyik. Hazırda 52 kiloqramıq. Hər axşam bulvarda qaçırıq”.
Foto: Ramin ASLANOV