Müğənni Britni Spirs dəniz kənarında özünə dəbdəbəli villa kirayələyərək, tətilini orada keçirir.
Axşam.az xarici mətbuata istinadla xəbər verir ki, hər gün hovuzda çimib, günəşlənən ulduz üçün orada hər bir şərait yaradılıb. Dəbdəbəli villa ətrafdakı evlərdən çox fərqlənir. Müğənninin gecəsi 8 min dollara kirayələdiyi böyük evdə 4 yataq otağı və 4 hamam var. Yaradıcılığına qısa ara verən B.Spirs təklifləri dondurub. O, Sakit okeana açılan kirayəlik evində istirahətinin dadını çıxarır.