Kenan və Berenin 135 minlik avtomobili - fotolar

Kenan və Berenin 135 minlik avtomobili -  fotolar
4732 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Kenan Doğulu və aktrisa xanımı Beren Saat ötən gecə restorandan çıxarkən görüntülənib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, “Bir il” partisinə qatılan cütlük o ki var əylənib.

Kenan və Beren məkanın arxa qapısından çıxaraq, paparassilərə tuş gəlməməyə çalışıblar. Ancaq cütlüyün bu niyyəti baş tutmayıb.

Yeni aldıqları “Cabrio mini cooper” avtomobillərində görüntülənən cütlük “Avtomobiliniz xeyirli olsun” deyən jurnalistlərə cavab vermədən, hadisə yerindən uzaqlaşıblar.

Maşının bu modelinin bir ay əvvəl satışa çıxarıldığı və dəyərinin 132 min 500 lirə (təxminən 68 min manat) olduğu deyilib.