Azərbaycanlı müğənni yeni klipinə təqdimat etdi - fotolar

Azərbaycanlı müğənni yeni klipinə təqdimat etdi -  fotolar
2547 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün müğənni Miri Yusif yeni çəkdirdiyi “Bomba kimi” klipinə təqdimat edib.

Axşam.az-ın məlumatına görə, sözləri Miri Yusifin özünə aid olan mahnını ifaçı rusiyalı dicey Matuya ilə birlikdə səsləndirib.

Sənətçi ekran işinin rejissorluğunu Fərhad Əlinin etdiyini bildirib:

“Bir ay ərzində iki layihə üzərində çalışmasam özümü pis hiss edirəm. Matuya peşəkar diceydir. Birlikdə işimiz maraqlı alınıb. Mahnının adını dicey özü seçdi. Mahnının rus versiyasını da hazırlayacağıq. Onu isə Rusiyada təqdim edəcəyik”.

M.Yusif Türkiyə şou-biznesinə qatılmaq istədiyini də bildirib:

“Payızda İstanbulda solo konsertim olacaq”.

İfaçı Azərbaycanın bölgələrində konsert verməməsinin səbəblərini açıqlayıb:

“Mingəçevir, Gəncə və bir çox yerlərdən təkliflər gəlir. Biz texniki vasitələri deyəndə qiymət baha olur, çardırmırlar. Böyük şirkətdən təklif gəlsə, bölgələrdə konsert verməyə gedərəm”.

Matuya Miri Yusiflə işbirliklərindən söz açıb:

"Yeni il ərəfəsində məni Bakıda klublardan birində işə dəvət etdilər. Bir müddət çalışdıqdan sonra yaradıcılıq baxımından darıxmağa başladım. Məsləhət gördülər ki, Miri Yusiflə çalışım. Onunla tanış oldum və beləcə, işbirliyimiz başladı". 

Foto: Ramin ASLANOV