Elvin gizli saxladığı biznesindən danışdı - fotolar

Elvin gizli saxladığı biznesindən danışdı -  fotolar
4509 dəfə oxunub
  • A-
  • A
  • A+
“İncəsənət və ya başqa sahədə uğur qazanmaq gözəldir. Əlavə biznesin və gəlir mənbəyinin olması hamı üçün önəmlidir".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elvin Abdullayev deyib. 

Sənətçi illərdir gizli saxladığı biznesindən söz açıb:
 
“Kim biznes qurursa, Allah ruzisin bol eləsin. İndi bir çoxları şikayət edir ki, toy yoxdur. Eləsi var mağaza açır, bəzisi avtomobil alveri ilə məşğul olur. Toylar yetərincə var, inşallah, həmişə də olacaq.

Mənim də əlavə biznesim var, həm də çoxdan. Sadəcə, nəyisə açıb, çox danışmağı sevmirəm. Şükür ki, o işimdəm də razıyam, gəlirim məni qane edir".

E.Abdullayev Amsterdamda çəkdirməyi planlaşdırdığı klipinin aqibətindən danışıb:

"Amsterdam səfəri qüvvədədir. Amma hazırda ondan da önəmli klip ortaya çıxdı. Musiqisi özümə, sözləri Arzu Yahyayevaya məxsus olan mahnını Eyyub Yahyayev aranjiman edib. Bəstəyə hələ ad qoymamışıq”.

Foto: Ramin ASLANOV