Xəbər verdiyimiz kimi, dünya çempionu Rafael Ağayevin bu gün toyudur.
Axşam.az-ın məlumatına görə, karateçinin şəhər restoranlarından birində baş tutan məclisində yaxınları, idmançı dostları, sənətçilər iştirak edirlər. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasim bu saatlara kimi davam edir. Məclisə Zaur Nəbioğlu aparıcılıq edir.
Qeyd edək ki, R.Ağayevin ancaq kişilər üçün keçirdiyi toy aprelin 17-də olub.