Məşhurlar bu dəfə geyimlərinə görə mükafat aldılar - fotolar
Dünya
16:33 / 07.06.16
3246dəfə oxunub
A-
A
A+
Nyu-Yorkda CFDA (CFDA Fashion Awards) müküfatlandırma mərasimi keçirilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dünyada “dəbin oskarı” adlandırılan mükafatlandırma gecəsində qırmızı xalçadan bir-birindən məşhur simalar keçib. Onlar yenə də geyimləri ilə yarışa giriblər.
Onlar arasında İrina Şeyk, Alessandra Ambrosio, Adriana Lima, Hayd Klum, Beyons və başqaları yer alıb. Gecədə Beyons “Stil ikonası” nominasiyasında mükafatlandırılıb.
“Dəb həyatımın bir parçası olub. Doğuşdan zövqlüyəm. Çoxları bilmirki nənəm dərzi olub. Anamı oxutmaq üçün keşişlərə libaslar tikib satırmış” deyə, Beyons çıxışında deyib.
Qeyd edək ki, CFDA mükafatlandırma mərasimi ilk dəfə 1984-cü ildə keçirilib.