“Playboy” villası sahibi ilə birlikdə satıldı - fotolar
Xəbər
13:54 / 08.06.16
2594dəfə oxunub
A-
A
A+
Dünyanın ən gözəl villalarından biri olan “Playboy” içindəki sahibi ilə birlikdə satılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, dərginin yaradıcısı Huqh Hefner bu ilin əvvəlində satışa çıxardığı malikanəyə nəhayət ki, müştəri tapıb.
Xəbərdə bildirilib ki, villanı yan binada qalan iş adamı Daren Metropoulos alıb. Milyarder iş adamı Daren 22 otaqlı malikanə üçün 100 milyondan çox pul ödəyib.
Evin yeni sahibi 90 yaşlı Hefnerin ölən günə qədər burada qalması təklifini də qəbul edib. Hefner eyni zamanda ölən günə qədər yeni sahibin onun yataq otağına girməməsini istəyib. Məşhur kişinin 30 yaşlı xanımı Kristal Harris də həmin villada yaşayır.