"Artıq xaricdə də uğurlu işlərə imza atacam" - 32 yaşını qeyd edən Elnur

"Artıq xaricdə də uğurlu işlərə imza atacam" -  32 yaşını qeyd edən Elnur
1982 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün stilist Elnur Həsənovun ad günüdür.

Təəssüratlarını Axşam.az-la bölüşən stilist 32 yaşını təmətraqlı qeyd etməyəcəyini bildirib:

“Oğlan dostlarımla haradasa oturub, yemək yeyəcəyik. İnşallah, gələcəkdə yubileyimi qeyd edərəm. Dostlarımın təbrikləri dayanmır. Gecə Zamiq Hüseynovdan, səhər isə Röya Ayxandan təbrik almışam. Bilirəm ki, bəzi küsülü olduğum tanınmışlar üçün mənim dünyaya gəldiyim tarix pisdir. Amma məni yığıb təbrik ediblər, özüm də təəccüblü qaldım.

Mən hədiyyə verməyi sevirəm, kimdənsə hədiyyə alanda utanıram. İstəmirəm kimisə xərcə salım. Hətta ötən illərdə ad günü edəndə dostum zəng vurub, hamını dəvət edirdi.

Yaşımın artması məni heç də kədərləndirmir. Əksinə bu il daha da pozitivəm. Yaşım artdıqca, uğurlarım çoxalır. Böyük layihələrə təklif alıram. Hətta bu yaxınlarda xariclə bağlı bir təklif olub. Artıq xaricdə uğurlu işlərə imza atacam.

Mənim üçün önəmlisi odur ki, valideynlərim, bacım, qardaşım, sevdiyim insanlar yanımdadır”.

Foto: Ramin ASLANOV