Məşhurlar aktyorla vida mərasiminə toplaşdı - fotolar

Məşhurlar aktyorla vida mərasiminə toplaşdı -  fotolar
15845 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor Tanju Gürsu son mənzilinə yola salınıb.

Axşam.az-ın “Hürriyət”ə istinadən xəbərinə görə, mərhumla vida mərasiminə gələnlər arasında sənət aləminin tanınmış simaları da yer alıb.

Aktyorun rejissor qardaşı Temel Gürsu media nümayəndələrinə verdiyi açıqlamada qardaşı ilə bir çox layihədə çalışdıqlarını bildirib:

“3 ay əvvəl sağlam idi. Son iki gündə reanimasiyaya yerləşdirildi. Qardaşımı heç elə görməmişdim. Onunla 72 illik xatirəmiz var, birlikdə çalışmışıq".

Aktyorlar Ediz Hun, Turkan Şoray, Aydemir Akbaş, Nuri Alço, Cihat Tamer, Melek Baykal, Atilla Dorsay Tanju Gürsunun yaxınlarına başsağlığı verib.