Aktrisa və model Keyt Upton 24 yaşını qeyd edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, model yeni yaşını Nyu-Yorkda, əyləncə məkanlarının birində qeyd edib.
Məkana beyzbolcu sevgilisi Castin Verlanderlə daxil olan Keyt transparan geyimi ilə hər kəsin diqqətini çəkib.
Qeyd edək ki, cütlük 3 ildir sevgilidir.