"Xəzər" telekanalında yayımlanan "Evdəkilərə salam" verilişinin vaxtı dəyişdirilib.
Axşam.az-ın məlumatına görə, proqram bu gün saat 22:00-da efirə gedəcək.
"Evdəkilərə salam"ın budəfəki qonağı Aşıq Əhliman olacaq. Aşıq Şotlandiyada təhsil alan qızından, övladlarına verdiyi nəsihətlərdən söz açıb. O, oğlunun yeganə qızı, nəvəsindən danışıb.
Əhliman aşıq sənətindən danışıb, aşıqlara məsləhətlər verib.