Valeriyanın Bakı sevgisi - fotolar

Valeriyanın Bakı sevgisi -  fotolar
2095 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı müğənni Valeriya “Time to Eat” dərgisinə müsahibəsində Azərbaycandan bəhs edib.

Axşam.az-ın məlumatına görə, xalq artisti iyulun 9-da və 10-da Bakıda keçiriləcək “Jara” festivalına qatılacağını vurğulayıb.

O, Bakını çox sevidiyini və burada vaxt keçirməyin ona xoş təsir bağışladığını bildirib:

“Bakı getməyi sevdiyim şəhərlərdəndir. Ora gözəl mədəniyyət ocağı və dostlarımın yaşadığı yerdir. Orada özümə qarşı əsl dost münasibəti görürəm.

Bakıya ilk dəfə 1990-cı illərdə getmişəm. İndi şəhər çox dəyişib. Bura möhtəşəm restoranların, otellərin və gözəl dəniz kənarının olduğu əsl meqapolisdir. Orada olanda milli mətbəx yer alan restoranlara getməyi sevirəm. Qutabı, tərəvəzli yeməkləri və əsl Bakı pomidorunu xoşlayıram”.