Gülnarə Xəlilovadan səfirə hədiyyə - fotolar

Gülnarə Xəlilovadan səfirə hədiyyə -  fotolar
1165 dəfə oxunub
  • A-
  • A
  • A+

İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehinin dəvəti üzrə bu ölkənin Bakıdakı səfirliyində tanınmış modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova ilə görüş keçirilib.

Axşam.az-ın məlumatına görə, görüşdə Azərbaycan və İordaniyanın milli geyimlərinin təbliğatına istiqamətlənmiş birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub. 

G.Xəlilovanın İordaniyada, tanınmış iordaniyalı dizaynerin isə Azərbaycanda kolleksiyasının, eləcə də onların birgə dəfiləsinin təqdimatı planlaşırılıb.

Səfirə dizaynerin Azərbaycan milli ornamentlərinin əks olunduğu əl işi olan pannosu hədiyyə edilib.

G. Xəlilova deyib ki, İordaniyanın səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi Azərbaycanın milli geyimlərinə heyran qaldığını bildirib və ölkələrimizin qədim irsinin təbliğatına yönəldilmiş layihəni reallaşdırmaq istəyini ifadə edib.