Müğənni Elvin Abdullayev “Sayqılar” adlı yeni mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, bəstənin musiqisi ifaçının özünə, sözləri Arzu Yahyayevaya məxsusdur.
E.Abdullayev yaxın günlərdə mahnıya klip də çəkdirəcəyini bildirib:
“Yayın hiti olmağa iddialı bir mahnıdır. İnanıram ki, dinləyicilər sevəcək. Bəstənin klip çəkilişlərinə hazırlaşırıq. Yay ab-havalı bir ekran işi lentə alacağıq”.