Eltonun xanımı şirkətdə işə başladı - fotolar

Eltonun xanımı şirkətdə işə başladı -  fotolar
10718 dəfə oxunub
  • A-
  • A
  • A+
"Böyük bir şirkətlə işbirliyinə başlamışam. Həmin şirkətin əsası Türkiyədə yaradılıb, bir qolu da Bakıdadır. Burada olan hissəyə mən nəzarət edirəm".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elton Hüseynəliyevin prodüser həyat yoldaşı Toma Hüseynəliyeva deyib.

O, oktyabrda böyük tədbir keçirəcəyindən xəbər verib:

“Bu şirkətin oktyabrda Bakıda böyük tədbiri olacaq. Hər il bir ölkədə keçirilir. Bu dəfə biz özümüz Azərbaycanda olmasını təklif etdik. Xaricdən 560 nəfər qonaq gələcək. Onların qarşılanması, yerləşdirilməsi ilə məşğul olacam.

Kanallardan iş təklifləri gəlir. Amma nə hansısa telekanalda, nə də bir müğənni ilə çalışmağı düşünmürəm. Artıq yaşım keçib. Hər şeyin öz yeri, vaxtı var”.

T.Hüseynəliyeva şou-biznesdəki durğunluqdan şikayətlənib:

“Çox durğunluqdur. Eton potensiallı müğənnidir. İşi çox olduğu üçün nəsə edə bilmir. Müğənninin işi mahnı oxumaq, klip çəkdirməkdir. İndi müğənnilər yorulub. Yenilikləri yoxdur”.

Foto: Ramin ASLANOV