"Qızım dünyaya gəldikdən sonra..." - Ülviyyə Mahmudova+fotolar

"Qızım dünyaya gəldikdən sonra..." -  Ülviyyə Mahmudova+fotolar
4850 dəfə oxunub
  • A-
  • A
  • A+
“Nargis” nəşriyyat evinin təsisçisi Ülviyyə Mahmudova restorana yeməyə yollanıb.

Axşam.az-ın məlumatına görə, o, “nargismagazine.az” saytına oruc tutmasından danışıb:

“Hər zaman oruc tutmağa çalışmışam. Amma etiraf edim ki, bunu ayın sonuna qədər yerinə yetirməyi bacarmamışam. İndi qızım dünyaya gəldikdən sonra orucun bütün tələblərini yerinə yetirməyə çalışıram.
Ramazan insanları güclü edir. Eyni zamanda da birləşdirir: hər axşam yaxın insanlar eyni masa arxasında əyləşir, orucunu açır. Bu gün həyatımızda bu cür hal çox nadir vaxtlarda baş verir.

Oruc bizi mehriban, bir-birinə qarşı diqqətçil edir. Bu ayda mənim üçün ən önəmlisi xeyriyəçilikdir. Oruc tutduqdan sonra həyatı daha ciddi dərk edir, əlindəkilərə şükür etməyi bacarırsan.

Həyatda insanlı incitməməyə çalışıram – bu mənim həyat fəlsəfəmdir.

Hər zaman sağlam qidalanmağa çalışrıam”.