Eminin partisində xalq artisti hovuza yıxıldı - video+fotolar

Eminin partisində xalq artisti hovuza yıxıldı -  video+fotolar
3941 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-bəstəkar Emin “Jara” festivalı ilə bağlı Moskvada parti keçirib.

Axşam.az-ın Rusiya KİV-inə istinadən xəbərinə görə, gecənin qonaqları tanınmış müğənnilər, aparıcılar olub.

Maraqlı anların yaşandığı parti Eminin sahibi olduğu “Rose bar”da yeni açılan hovuz kənarında baş tutub.

Gecədə Valeriy Meladzenin ifası zamanı Ani Lorakla rəqs edən Nikolay Baskovun başına iş gəlib. Belə ki, Lorak qəfildən müğənnini hovuzun içərisinə itələyib. Sudan çıxan Baskov Ani Lorakı hovuza yıxmağa çalışsa da alınmayıb.

Qeyd edək ki, "Jara" festivalı iyulun 9-da və 10-da Bakıda "Sea Breeze" istirahət mərkəzində baş tutacaq. Festival çərçivəsində Rusiya şou-biznesinin tanınmış ulduzları paytaxtımızın qonağı olacaqlar.