"Heç bir müğənni ilə görüşmürəm" - fotolar

"Heç bir müğənni ilə görüşmürəm" -  fotolar
2689 dəfə oxunub
  • A-
  • A
  • A+
“Söz çıxdı ki, Röya ilə küsülüyük. Röya ölkədə az olur. Ona görə bir araya gələ bilmirik. İnsanın işləri çox olduğu üçün, başı ona qarışır”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Samira Allahverdi deyib.

İfaçı son günlərdə bütün şou-biznes nümayəndələrindən uzaqlaşdığını deyib:

“Axır vaxtlar heç bir müğənni ilə görüşmürəm. Başım ailəmə, 11-ci sinfi bitirən oğluma qarışıb. İndi başa düşmüşəm ki, hamı çəkilib kənara. Mən insanlar arasında sünilik hiss edirəm. Məni Samira olduğum üçün sevin. Çox kövrək insanam, son vaxtlar da lap çoxalıb.

Səhnəyə gələndə hamı iddialıdır ki, birinciyəm. Bu gün məni çəkirsiniz, sayırsınızsa, müğənni olmayanda da edin. Mənə müğənniliyimə görə hörmət edilməsini sevmirəm. Ona görə də mən şou-biznesdə özümü çox piar etmirəm. Ulduzluq etmək iddiasında deyiləm. "Dəyişməyən Samira" - mən buyam”.

S.Allahverdi “2004-cü ildən namaz qılmışam, indiyənə qədər başımı bağlamıram. Özümü tam Allaha həvalə etməmişəm. Hər şeyi özüm üçün edirəm” deyə, əlavə edib.

Foto: Ramin ASLANOV