"Enrikenin qucağına tullanan həmin qız mənəm" - açıqlama
Ölkə
12:50 / 20.06.16
17437dəfə oxunub
A-
A
A+
Dünya ulduzu Enrike İqlesiasın Bakı konsertində qucağına tullanaraq, səs-küy yaradan Helia danışıb.
Axşam.az-a açıqlama verən gənc bunu ilk dəfə etmədiyini bildirib:
“14 yaşım var, İrandan gəlmişəm. Enrikenin qucağına tullanan həmin qız mənəm. Bu hərəkəti ikinci dəfədir ki, edirəm. Enrike məni bir müddətdir tanıyır. Elə ona görə də səhnəyə tullandım”.
Helia sosial şəbəkədə tənqid olunmasına da münasibət bildirib:
"İnsanların nə dediyinin mənim üçün əhəmiyyəti yoxdur. Onun üçün hər şey edərəm. Mən bunu istədim və etdim. Konsertin sonuna qədər Enrikenin yanında oldum. Həm ağladım, həm də çoxlu söhbət etdim".