Əməkdar artist Abbas Bağırov alış-veriş mərkəzində fotokameramıza tuş gəlib.
Axşam.az-ın məlumatına görə, yeniliklərindən danışan müğənni rejissorluq etdiyini bildirib. İfaçı “İkimiz” mahnısına özü klip çəkib.
O, peşəkar kameradan istifadə etdiyini söyləyib. A.Bağırov bildirib ki, hazırda klipin montaj işləri gedir. “İkimiz”in sözləri ifaçının özünə, musiqisi isə Anar Məmmədova məxsusdur.
Qeyd edək ki, A.Bağırov bundan əvvəl mobil telefonla özünə klip çəkmişdi.
Foto: Ramin ASLANOV