Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi Byaco Əli Uolşem modellik fəaliyyətinə başlayacaq.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, model agentliklərindən biri ilə əməkdaşlıq etmək qərarına gəlib. 17 yaşlı Byaco bundan öncə futbolla məşğul olurdu və Amerikada gənc yığmanın ən yaxşı oyunçularından biri sayılırdı.
Qeyd edək ki, Byaco Məhəmməd Əlinin qızının ikinci nikahından olan oğludur.
Xatırladaq ki, Məhəmməd Əli 74 yaşında müalicə aldığı ABŞ xəstəxanalarının birində dünyasını dəyişib.