Azərbaycan Kanadada irs festivalında - fotolar

Azərbaycan Kanadada irs festivalında -  fotolar
466 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Kanadanın Alberta əyalətindəki Kalqari şəhərində keçirilən irs festivalında təmsil olunub.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, festivala 20-dən çox ölkə, ictimai birlik və diplomatik nümayəndəlik qatılaraq, öz xalqlarının mədəniyyətlərini, musiqilərini və milli mətbəxlərinin nümunələrini sərgiləyiblər.

Azərbaycanın Kanadadakı səfirliyi və Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin dəstəyi ilə festivalda mədəniyyətin və milli mətbəximizin tanıdılması məqsədilə guşə təşkil edib. Guşədə ziyarətçilərə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, milli geyimlər, suvenirlər və ölkəmizlə bağlı broşürlər sərgilənib.

Tədbirdə “Azəri Kalqari” qrupunun üzvləri milli rəqsləri ifa ediblər. Onların çıxışları festivalda iştirak edən qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.