"Kurtlar vadisi"nin aktyorunun Bakı səfərindən fotolar

"Kurtlar vadisi"nin aktyorunun Bakı səfərindən  fotolar
3021 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor Tuncər Salman Bakıda Namiq Ağayevin “Ol” adlı filminə çəkilib.

Axşam.az-ın məlumatına görə, bununla bağlı paytaxtımıza gələn aktyor bir neçə səhnənin çəkilişini reallaşdırıb.

“RUN film” və “Turan film”in birgə istehsalı olan ekran əsərinin ssenari müəllifləri Namiq Ağayev və Fikrət Məmmədov, quruluşçu rəssamı İrandan dəvət olunmuş Rza Fəllahiandır.

Tuncər Salmanın filmdən görüntülərini təqdim edirik.

Şəkillərin müəllifi Şahin Sərkərovdur.

Qeyd edək ki, Tuncər tamaşaçılara "Kördüğüm" və "Kurtlar vadisi pusu" seriallarından tanışdır.