Prezident İlham Əliyev Qəbələ rayonuna səfərə gəlib.
Axşam.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.
Prezident daha sonra Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.